Sentyabrın 22-də Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş intellektual müsabiqə keçirilib.

Müsabiqədə paytaxtda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərindən 20 könüllü iştirak edib. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Ələsgər Əhmədov çıxışında müsabiqənin qaydaları haqqında ətraflı məlumat verib.

Üç mərhələdən ibarət yarışmada iştirakçılar Nəsimi ilə bağlı suallara cavab verib. Müsabiqədə qalib gələn 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərinin komandaları mükafatlandırılıb.