Milli Arxiv İdarəsi respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir.

İdarədən bildirilib ki, növbəti tədbir Dövlət Arxivinin Şirvan filialında reallaşıb. Seminarda filialın əhatə dairəsinə daxil olan Şirvan şəhər, Saatlı, Sabirabad və Hacıqabul rayon dövlət arxivlərinin müdirləri iştirak ediblər.

Seminar-məşğələlər arxiv işinin bütün sahələrini – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi, dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə mövzuları əhatə edir.