“YARAT” Müasir İncəsənət Mərkəzində almaniyalı dramaturq, professor Tomas İrmerin “Naməlum indiki zaman, müasir alman dramaturqu kontekstində” adlı mühazirəsi dinlənilib.

M.A.P. festivalı çərçivəsində reallaşan mühazirədə səhnə hərəkəti ilə tamaşaçı arasında yeni dram kontekstində xüsusi münasibətlərin təhlili aparılıb. 2010-cu ildən sonra teatr səmasında parlayan dramaturqlardan bəhs edən mühazirə ingilis dilindən Azərbaycan dilinə sinxron tərcümə ilə keçirilib.