Xətai Sənət Mərəzi “Nəsimi ili” çərçivəsində növbəti layihəni – “Doğma diyar” adlı Respublika uşaq rəsm müsabiqəsini elan edib. Müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər mərkəzin saytında (xsm.az) tədbirlər bölümündə “Doğma diyar” bannerinə və  ya müvafiq linkə daxil olub göstərilən anketi doldura bilərlər. Dekabrın 7-dək davam edəcək müsabiqəyə seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaş) aparılır. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Birinci turdan keçmiş müəlliflər əl işləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.