Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un nəşri olan jurnalın növbəti sayında böyük Azərbaycan şairi Nəsimi və Türkiyənin məşhur el sənətkarı Aşıq Veysələ geniş yer verilib.

Hər iki şəxsiyyətin portretləri “TÜRKSOY” jurnalının üz qabığında yerləşdirilib. Nəşrdə  “Nəsimi 2019” anma ilinin Ankarada keçirilən açılış mərasimi, bu mövzuda İstanbulda keçirilmiş mərasim barədə ətraflı məlumat və fotolar verilib.

Qeyd edək ki, TÜRKSOY 2019-cu ildə anadan olmasının 650-ci ildönümü şərəfinə İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə Aşıq Veysəl ili elan edib.

Jurnalda TÜRKSOY-un fəaliyyəti, təşkilat tərəfindən bu il həyata keçirilən digər layihələrdən bəhs olunur.