Prezident İlham Əliyev noyabrın 6-da Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə 9 nəfər “Əməkdar jurnalist”, 7 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar incəsənət xadimi”, 1 nəfər “Əməkdar artist”, 2 nəfər “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Dövlət başçısının digər sərəncamı ilə televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə 13 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.