Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi kafedrasının baş müəllimi Elnarə İsmayılova “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Alexandru İoan Cuza Universitetində ezamiyyətdə olub.

O, bakalavr və magistr pilləsində təhsil alan tələbələrlə “Turizmə təsir edən amillər”, “Turizm ehtiyatları”, “Mədəni turizmin təsnifatı”, “Azərbaycan Respublikasının turizm potensialı” və s. mövzularda mühazirə-müzakirə dərsləri aparıb. Həmçinin açıq dərsdə Azərbaycan və Rumıniyanın  turizm potensialını müqayisəli təhlil edib.

Səfərin sonunda E.İsmayılova Alexandru İoan Cuza Universitetinin sertifikatı ilə təltif olunub.