Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət sahəsinin müxtəlif istiqamətlərini əhatə edən 80-dən çox metodiki vəsait hazırlanıb.

Metodiki vəsaitlər muzey, teatr, rəsm qalereyaları, bədii təhsil müəssisələri və klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyalar, KİV və ictimaiyyətlə işin təşkili, milli mədəni irs və s. mövzuları əhatə edir.

“Yanğın təhlükəsizliyi qaydalarının əsasları” adlı növbəti metodiki vəsait isə mədəniyyət müəssisələrində təhlükəsizlik texnikasının təşkili, arzuolunmaz yanğın hadisələri zamanı təcili təxirəsalınmaz tədbirlərin görülməsi və digər qabaqlayıcı profilaktik işlərin həyata keçirilməsi barədə qayda və təlimatlardan ibarətdir.

Metodiki vəsait mədəniyyət müəssisələri, mədəniyyət profilli ali, orta ixtisas və digər müəssisələr üçün nəzərdə tutulub.

Bütün metodiki vəsaitlərlə mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq mümkündür.