Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz Londonda keçirilən “Dünya Səyahət Bazarı” (“World Travel Market”) sərgisində təmsil olunur.

Sərgiyə Azərbaycanın 12 turizm şirkəti qatılıb. 232 kvadratmetrlik sahədə qurulan Azərbaycan stendində ölkəmizin yeni turizm məhsulları – şərab marşrutları, qolf turizmi, Azərbaycanda olan yəhudi irsi ilə bağlı turistik məhsullar nümayiş etdirilir. Həmçinin turizm destinasiyası kimi ölkəmiz haqqında ətraflı məlumat verən “Azərbaycan” jurnalının təqdimatı keçirilib.

Xatırladaq ki, Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün ilk genişmiqyaslı təqdimatı 2018-ci ildə “Dünya Səyahət Bazarı” sərgisində keçirilmişdi. Azərbaycan London sərgisində 2002-ci ildən iştirak edir.