Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsi yekunlaşmaq üzrədir.

Mərkəzdən verilən məlumata görə, layihə üzrə ölkəmizdə yaşayan azsaylı xalqların tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə on yazı hazırlanaraq “525-ci qəzet”də dərc olunub.

Məqalələr AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən ərsəyə gətirilib. Növbəti mərhələdə həmin yazılardan ibarət kitabça hazırlanıb. Kitabçalar media orqanlarına hədiyyə edilir.