Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

Noyabrın 21-də Birinci vitse-prezident Mehriban Əliyeva Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Həmin gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Moskvadakı “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub. Mehriban Əliyeva və İrina Viner-Usmanova çay masası arxasında söhbət ediblər. Sonda Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olunub.

Noyabrın 21-də Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb. Görüş Rusiya Hökumətinin Qəbullar Evində keçirilib.