Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz Polşanın paytaxtı Varşavada keçirilən “TT Warsaw 2019” sərgisində təmsil olunub. Azərbaycan stendi ziyarətçilərin marağına səbəb olub və onlara ölkəmizin turizm potensialı barədə ətraflı məlumat verilib.

Azərbaycan stendini ölkəmizin Polşadakı səfiri Həsən Həsənov da ziyarət edib və nümayiş olunan təbliğat materialları ilə tanış olub.

Noyabrın 23-dək davam edən sərgi çərçivəsində maraqlı tərəflərlə işgüzar görüşlər də keçirilib.

 “TT Warsaw 2019” hər il təşkil olunan B2B (Biznesdən-biznesə) formatlı turizm ticarət sərgisidir. Bu il sərgidə 53 ölkə təmsil olunub.