F.Köçərli adına Respublika Uşaq Kitabxanası paytaxtın Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbin şagirdləri ilə birgə “Dünya ev heyvanları günü” ilə əlaqədar İDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya təşkil edib.

“Mütaliə sevən dostlar evi” adlı ekskursiya zamanı uşaqlara mərkəz haqqında, onun yaranma tarixi, məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonda İDEA Heyvanlara Qayğı Mərkəzinə kitabxana tərəfindən kitab və jurnallar hədiyyə edilib.

“Dünya ev heyvanları günü”nün təsis edilməsi ideyası Beynəlxalq Təbiəti Mühafizə Hərəkatının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş konqresində irəli sürülüb.