Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 2019-cu il dekabr ayının 17-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Saatlı rayon Mədəniyyət Mərkəzində (Saatlı şəhəri, Heydər Əliyev prospekti, 127) Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 7) Hacıqabul rayonundan olan vətəndaşları qəbul edəcək.

2019-cu il dekabr ayının 24-də saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhər Heydər Əliyev Mərkəzində (Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 8) Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi 147), (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.