Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayevin başçılığı ilə qoruq əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniyanın UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş Levant qayaüstü incəsənət ənənəsinin xarakterik abidələrinin təmsil olunduğu La Valltorta Muzeyi və Al Barrakin Rio Martin Milli Parkında işgüzar görüş keçirib.

Görüş zamanı qayaüstü incəsənətin öyrənilməsi, qorunması və təbliği sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

La Valltorta Muzeyinin direktoru Pilar Vidal Monferrerlə açıq havada qayaüstü incəsənət abidələrinin qorunması, konservasiya və restavrasiyası, həmçinin qoruqların idarə olunması və inzibati məsələlər barədə müzakirələr aparılıb.

PRAT-CARP Avropa Qayaüstü İncəsənət Təşkilatının tamhüquqlu üzvü olan Qobustan Milli Tarix-Bədii Qoruğu bu təşkilat çərçivəsində İspaniyanın müvafiq qoruq və muzeyləri ilə əlaqələr qurub.