Rusiya Federasiyasının Yoşkar-Ola şəhərindəki Povoljsk Dövlət Texnologiya Universitetində “İnsan və cəmiyyət qlobal transformasiyalar çağırışı qarşısında” mövzusunda elmi konfrans keçirilib. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev tədbirdə “Azərbaycan-Rusiya münasibətlərinin bu ölkələrin sosial-iqtisadi inkişafına təsiri” mövzusunda məruzə ilə çıxış edib.

ATMU əməkdaşları Elmira Qocayeva, Sabir Quluzadə və Sənubər Qənbərova isə Rumıniyanın paytaxtı Buxarestdə “Artifeks” Universitetinin təşkilatçılığı ilə keçirilən “Bilik cəmiyyətində  innovativ iqtisadi-sosial yanaşmalar” adlı beynəlxalq konfransa qatılıblar.

Elmira Qocayeva “Turizm sahələrində rəqabətqabiliyyətli indeksə əsaslanan tədqiqatların aparılması” Sabir Quluzadə “Milli valyutanın devalvasiyasının Azərbaycanın istehsal sənayesinə müsbət təsiri”, Sənubər Qənbərova “Turizm XXI əsrdə sosial-iqtisadi fenomen kimi” mövzularında məruzələrini təqdim ediblər.