Dekabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin növbəti iclası keçirilib.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə son bir neçə ayda görülən işlər, ABİ-nin təşkilatçılığı və iştirakı ilə həyata keçirilən çoxsaylı tədbirlər, layihələr haqqında danışıb.

Sonra Bəstəkarlar İttifaqının 2020-ci ilin I yarısı üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə edilib və qəbul olunub.

İdarə heyətinin iclasında həmçinin ABİ-yə yeni üzvlərin qəbulu məsələsinə baxılıb. Gənc bəstəkarlar Azər Əsgərov (Hacıəsgərli), Kamran Nəsirov, gənc musiqişünaslar Nərgiz Qulamova və Aysel Kərimova (Kərim) Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul ediliblər.