Dekabrın 17-dən 19-dək İstanbulda II Türk Dünyası Filmləri Həftəsi keçirilib.

Türk Dünyası Jurnalistlər Federasiyası, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşan film həftəsi çərçivəsində Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və başqa ölkələrin filmləri nümayiş olunub.

Festivalda ölkəmiz rejissor Asif Rüstəmovun 2014-cü ildə “Azərbaycanfilm” kinostudiyasında ərsəyə gələn “Axınla aşağı” filmi ilə təmsil olunub.

MEHPARƏ