Müxtəlif ölkələrin rəhbər şəxsləri, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, dünyanın nüfuzlu siyasi xadimləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğum günü münasibətilə təbrik edirlər.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Prezidentinə təbrik məktubunda həmçinin Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından xoş sözlərini çatdırıb.

“TÜRKSOY-un Daimi Şurasının qərarı ilə 2019-cu ilin türk dünyasında “İmadəddin Nəsimi ili” elan edilməsi, Nəsimi yaradıcılığının üzv ölkələrimizdə və dünyanın müxtəlif dövlətlərində beynəlxalq tədbirlər keçirərək tanıdılması TÜRKSOY ilə Azərbaycan arasındakı mədəni birliyimizin inkişafına xidmət etməkdədir.

Fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə hər zaman göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”, – deyə təbrikdə vurğulanır.