Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Moskvada bir sıra görüşlər keçirib.

Baş idarənin rəisi Cəlil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində “Vdoxnoveniye” Mədəniyyət Mərkəzində, A.K.Lyadov adına Uşaq musiqi məktəbində, həmçinin Krasnopresneno İncəsənət məktəbində olub.

Görüşlər zamanı mədəniyyət müəssisələrinin idarəetməsi sahəsində təcrübə mübadiləsi, yeniliklərin tətbiqi üzrə əməkdaşlığa dair razılıq əldə olunub.