Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Azərbaycanlı şairlərin Türkiyəyə həsr olunan şeirləri” adlı ədəbi-musiqili gecə keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir bildirib ki, qardaş ölkələrimiz sovet dövründə uzun müddət bir-birindən ayrı düşüb. Bunun nəticəsində bir boşluq yaranıb. Məqsədimiz mədəni əlaqələri daha da genişləndirmək və bu boşluğu doldurmaqdır.

Bakı Türk Anadolu Liseyinin direktoru Nurullah Yazıçı da belə tədbirlərin iki qardaş ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verdiyini söyləyib.

Gecədə Azərbaycanın görkəmli şairlərinin qardaş ölkəyə həsr etdiyi şeirlər söylənilib. Bakı Türk Anadolu Liseyinin musiqi qrupunun ifasında mahnılar səsləndirilib.