Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı rus dilində çap olunub. Xalq yazıçıları Anar və Çingiz Abdullayevin ön sözü ilə açılan kitaba on beş hekayə daxildir.

Toplu Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsi çərçivəsində “Mütərcim” nəşriyyatında işıq üzü görüb. Layihənin rəhbəri şair Xəyal  Rza, kitabın redaktoru Vəzir Qasımovdur.

Bu, E.Hüseynbəylinin rusca nəşr edilən ikinci kitabıdır. Yazıçının “On üçüncü həvari – yaxud 141-ci Don” kitabı 2011-ci ildə rus dilində çap olunub.