AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, dosent Natiq Alışov Avropa Komissiyasının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Türkiyənin Bilkent Universitetində elmi ezamiyyətdə olub.

Alim universitetin kitabxanasında Qafqaz, Bizans və Balkanlarda qədim və orta əsr xristian mədəniyyəti, xristian cəmiyyətlərinin quruluş və idarəetmə xüsusiyyətləri mövzuları üzrə araşdırma aparıb.

Xatırladaq ki, layihənin ümumi koordinatoru Avstriyanın Qrats Universitetinin professoru Karl Kaiser, Azərbaycan üzrə milli koordinatoru Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənovdur.