Yanvarın 22-də Milli Kitabxanada görkəmli hərbi xadim, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun, eləcə də Azərbaycanın başqa igid oğul və qızlarının göstərdikləri tarixi şücaətlərini əks etdirən müxtəlif dillərdə kitablar və dövri mətbuat materialları nümayiş olunur.