Nazirlər Kabineti Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna “milli qoruq” statusunun verilməsi haqqında qərar verib.

Qərar “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə qəbul edilib.  Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, 2019-cu ildə Şəki şəhərinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına salınıb.