İtaliyanın turizm xəbərləri jurnalı olan “Latitudes”də ölkəmizin turizm imkanları haqqında məlumatların yer aldığı “Azərbaycan” bələdçi-kitabı barədə yazı dərc olunub.

İtaliyanın “Polaris” nəşriyyatında işıq üzü görən, müəllifləri məşhur fotojurnalist Françesko Neri və jurnalist Djuzi Palumbo olan bələdçi-kitabı ölkəmizin ən gözəl guşələrini həm yazılı, həm də fotolarla əks etdirir: “Azərbaycan bizi öz köklərimizə qaytarır, içində qorunması lazım olan bir miras, açılması gərəkən çox sirlər var. Qalan hər şey coğrafiyadan asılıdır: ucqar kəndlər və müasir şəhərlər, qədim xalq ənənələri və yeni təcrübələr...”, - yazıda belə deyilir.

Yazıda İpək yolu ölkələrindən biri olan Azərbaycanın hər daşında böyük bir tarixin olduğu vurğulanır, görməli-gəzməli məkanlarımız barədə məlumat verilir.