Prezident İlham Əliyevin fevralın 4-də imzaladığı sərəncama əsasən, ustad xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Fevralın 5-də Əlibaba Məmmədovun 90 yaşı tamam olur.

Dövlət başçısı ötən ilin dekabrında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.