13-14 may tarixində Türkmənistanın paytaxtı Aşqabadda ölkənin neytrallıq statusunun 25 illiyinə həsr olunmuş “Türkmənistan – Bitərəflik vətəni” adlı beynəlxalq fotosərgi və konfrans keçiriləcək.

1995-ci ilin 12 dekabrında BMT Baş Assambleyası Türkmənistanın müraciəti əsasında onun daimi neytral statuslu dövlət olması barədə qətnamə qəbul edib. 12 dekabr Türkmənistanda “Bitərəflik günü” kimi qeyd olunur.

Fotosərgidə dünya ölkələrindən təqdim edilən sülh, barışıq və birliyi əks etdirən fotoşəkillər arasından ən yaxşı əsərlər münsiflər heyəti vasitəsilə seçiləcək və qaliblər mükafatlandırılacaq.

Müsabiqə iştirakçıları şəkilləri elektron poçt vasitəsilə turkmen.embbaku@gmail.com ünvanına və ya elektron daşıyıcı vasitəsilə Türkmənistanın Bakıdakı səfirliyinə təqdim edə bilərlər. Şəkillərə müəllifin adı, soyadı, ünvanı, telefon nömrəsi, müsabiqəyə təqdim olunan şəklin çəkildiyi tarixi və yeri göstərən mətn əlavə edilməlidir.

Ətraflı məlumat almaq istəyənlər Türkmənistanın Bakıdakı səfirliyinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85/266a.  AZ1078.

Telefon:         (+994 12) 596-35-27

Faks:             (+994 12) 596-35-27

Web səhifə:   https://azerbaijan.tmembassy.gov.tm/en/contacts

E-poçt:           turkmen.embbaku@gmail.com