Fevralın 12-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Beynəlxalq əlaqələr şöbəsi və ABŞ-ın “Clarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə “Web of Science” bazasından istifadə qaydaları üzrə Əlyazmalar İnstitutunda seminar keçirilib.

Alim, doktorant və dissertantların iştirak etdiyi seminarı “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakaeva aparıb.

Ekspert “Web of Science” məlumat bazasının humanitar elmlər üzrə jurnalları ilə işləmək, seçim şərtləri, məqalələrin başlıqlarının jurnallara uyğunlaşdırılması və üslubu, akademik ingilis dilində yazma metodları, eləcə də impakt faktorlu jurnallar, istinad üzrə reytinq səviyyəsi (kvartillər) və s. haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.