Prezident İlham Əliyev fevralın 24-də Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Dövlət Mükafatları Komissiyasının sədri Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovdur.

Komissiyada aidiyyəti dövlət qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, yaradıcılıq təşkilatlarının rəhbər şəxsləri, bədii təmayüllü ali təhsil müəssisələrinin rektorları, ədəbiyyat və incəsənət xadimləri yer alıb. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Mükafatları Komissiyasının üzvüdür.