Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə azərbaycanlı rəssamların əsərlərinin sərgisi keçirilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və TBMM-nin başqanı Mustafa Şəntop çıxış ediblər.

Bildirilib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində sərgi İstanbulun üç rayonunda da təşkil edilib.