Fevralın 29-da Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qobustanda Hindistan mədəni irsinin inciləri” adlı tədbir keçiriləcək.

Qobustan Milli Tarix-Bədii Qoruğunun və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi tədbir çərçivəsində Hindistanın tarixi abidələrini əks etdirən fotosərgi nümayiş olunacaq.

Tədbir iştirakçıları Hindistanın mədəni irs nümunələri ilə tanış olmaqla yanaşı, zəngin təqdimat proqramını da izləyəcəklər.

Tədbirin keçirilməsində məqsəd Hindistan mədəni irsini Azərbaycanda tanıtmaq və iki ölkənin mədəniyyət sahəsində əlaqələrini inkişaf etdirməkdir.