Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi”nə yekun vurulub.

Akademiyanın tam orta təhsil pilləsi şagirdlərinin təqdim etdiyi “Bir yurd vardı – Xocalı...” adlı ədəbi-bədii kompozisiyada akademiyanın müəllimlərinin – Pərvin Nəcəfovanın quruluş verdiyi “Faciə”, “Ana” və “Günahım nədir?” milli, klassik və müasir rəqs nümunələri, Aypara Məmmədova və Gülnarə Babayevanın rəhbərliyi ilə hazırlanan şeir və səhnəciklərlə 28 il öncə Xocalı hadisələri canlandırılıb.

Kompozisiya nümayişindən sonra tədbirin qonaqları, milli kəşfiyyat zabitləri – polkovniklər Hikmət Ağayev, Xətay Baxşıyev, Milli Qəhrəman, general-mayor Fəxrəddin Cəbrayılov və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Qarabağ torpağı azad olunmayana qədər hər bir azərbaycanlı əsgərdir və hamımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək düşmənə qalib gəlməliyik.