Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Kitabxananın direktoru Oruc Quliyevin açılış sözündən sonra Bakı Dövlət Universitetinin müəllimi, tarixçi-toponimist Nazim Tapdıqoğlu “Xocalı faciəsi. Ermənistanın Azərbaycana təcavüzü” adlı məruzə ilə çıxış edib. 

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü, Xocalı sakini Hüseynağa Quliyev döyüşlərdə iştirakı, yaralanması, ermənilərə əsir düşərkən dəhşətli işgəncələrə məruz qalmasından danışıb.

Tədbirdə Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova, müxtəlif ictimai təşkilatların təmsilçiləri də çıxış ediblər.

3 saylı Uşaq-gənclər inkişaf mərkəzinin üzvləri, Yasamal rayonu 176 saylı tam orta məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş ədəbi kompozisiya təqdim ediblər. Sonda mövzuya dair kitab və rəsm sərgisinə baxış keçirilib.