Moskvada Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi təşkil ediləcək.

Martın 12-də Moskvada, Mərkəzi Jurnalistlər Evində keçiriləcək gecədə görkəmli şair və dramaturqun Azərbaycan və rus dillərində şeirləri səslənəcək, onun ssenarisi əsasında çəkilmiş filmlərdən parçalar nümayiş etdiriləcək.