İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani martın 2-də Kürdəmir Regional Mədəniyyət İdarəsinin qonağı olub.

Səfir Kürdəmir Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək rayonun tarixini əks etdirən qədim əşyalar, burada yaradılan ekspozisiyalarla tanış olub.

Kürdəmir Mədəniyyət Mərkəzinə də baş çəkən diplomat burada rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıb.

Sonda səfir mədəniyyət işçiləri ilə xatirə şəkli çəkdirib.