Tanınmış yazıçı, publisist və tərcüməçi Məmməd Oruc Rusiyada “Ədəbiyyatı birləşdirən tellər” (“Cловес связующая нить”) mükafatının diplomu ilə təltif olunub.

Soydaşımız, Rusiyanın “Yeni Şimal” qəzetinin əməkdaşı, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü Knyaz Qoçaq da həmin mükafata layiq görülənlər arasında yer alıb.

Tərcüməçilər rusiyalı yazarlar Sergey Kozlov, Valeriya Dudareva, Yevgeniya Yuşiva, Vladimir Beryazev, İvan Şelkov, Dmitri Mizqulina, İrina Ryabin, Aleksandır Çistakov, Ruslan Martaqov, Valentina Yerofeyeva və başqalarının əsərlərini dilimizə yüksək səviyyədə çevirdiklərinə görə mükafatlandırılıblar.

“Ədəbiyyatı birləşdirən tellər” mükafatı Rusiya Yazıçılar İttifaqı, “Həyat yolu” Ədəbiyyat Fondu, “Qızıl cəngavər” Beynəlxalq Ədəbiyyat Forumu və “Mədəni irs” İctimai Təşkilatı tərəfindən təsis edilib.