TRT-nin baş direktoru İbrahim Eren Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təsis etdiyi “Çingiz Aytmatov” qızıl medalı ilə təltif olunub.

Bu münasibətlə Ankarada – TÜRKSOY-un qərargahında ədəbiyyat, elm və mədəniyyət xadimlərinin iştirakı ilə təqdimat mərasimi keçirilib.

Əvvəlcə TÜRKSOY-un fəaliyyəti, ardınca isə TRT AVAZ kanalının türk dünyası ilə bağlı hazırladığı film nümayiş olunub.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk dünyası mədəniyyətinin təbliğində TRT-nin təqdirəlayiq fəaliyyətindən söz açıb.

Təltif olunduğu medalı daşımaqdan qürur duyduğunu ifadə edən İbrahim Eren TRT-nin bundan sonra da türk dünyasına əzmlə xidmət edəcəyini bildirib.