Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb.

Bülletendə Leyla Bədirbəylinin yaradıcılıq fəaliyyəti, oynadığı teatr tamaşaları əks olunub. Bundan başqa, Leyla Bədirbəylinin çəkildiyi filmlər haqqında məlumat və filmlərin “YouTube” kanalında yerləşdiyi versiyalarının linkləri göstərilib.