Azərbaycan Milli Kitabxanasında əlamətdar tarixi gün və hadisələrlə bağlı açılan növbəti sərgi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub.

Sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş görkəmli qadınların həyat və yaradıcılığına dair ədəbiyyat, analar və qadınlar haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgidə Azərbaycan və xarici dillərdə nəşrlər yer alıb.

Soydaşlarımız Qırğızıstanda mükafatlandırılıblar

Xalqlar arasında sülh, əmin-amanlıq, dostluq, birlik, həmrəylik fəaliyyətlərinə görə Bişkekdəki “Türkel” media qrupunun rəhbəri Hökümə Xəlilova və baş redaktor Ramiz Məşədihəsənli Qırğızıstanın “Ala Too Ayımdarı” Fondunun ordenləri ilə təltif edilib.

Dövlətin və cəmiyyətin inkişafına şəxsi dəstəyi, siyasi-iqtisadi, sosial-mədəni sahədə fəal iştirakına görə Hökümə Xəlilova, eyni zamanda Qırğızıstan parlamenti – Joqorku Keneşin “Qadın Millət Vəkilləri Forumu” tərəfindən fəxri fərmana layiq görülüb.