Azərbaycan Respublikasının Nazirlər Kabineti Novruz bayramı ilə bağlı qeyri-iş günlərindən (20-26 mart) sonra iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə qərar qəbul edib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart (cümə) iş gününün yeri dəyişdirilib.

Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

Beləliklə, 20 martdan 28 martadək (şənbə) ölkədə qeyri-iş günləri olacaq. Növbəti iş həftəsi 29 martda (bazar günü) başlayacaq.