Novruz bayramı münasibətilə İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz festivalı və digər tədbirlər ləğv edilib. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, koronavirusa qarşı müvafiq profilaktik tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrinə əsasən İçərişəhərdə martın 19-dan 29-dək planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.