Mədəniyyət Nazirinin müvafiq əmrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün bu sahədə müvafiq zəruri tədbirlər Qobustan Milli Tarix-Bədii Qoruğunda da həyata keçirilir.

Qoruq dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunub, Səhiyyə Nazirliyinin müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən tibbi-profilaktik tədbirlər barədə əməkdaşlar arasında maarifləndirmə işləri aparılıb.