Koronavirus pandemiyası ilə bağlı, bütün dünyada olduğu kimi, ölkəmizdə də tətbiq edilən sosial izolyasiya və karantin rejimimdə mədəniyyətin online təbliği, insanların evdə qalaraq vaxtlarını məzmunlu keçirmələri üçün müxtəlif layihə və təşəbbüslər reallaşdırılır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın” adlı yeni layihəyə start verib. Layihə insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaq.
Nazirliyin Yutube kanalından, Facebook, İnstagram səhifələrindən istifadə olunmaqla həyata keçirilən layihəyə bir sıra yaradıcı şəxslər qoşulub.

Hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış videoları, eyni zamanda aşıq musiqisini və müxtəlif yaradıcı şəxslərin çalışdıqları sahələri üzrə maarifləndirici, təlim videolarını nazirliyin sosial şəbəkə səhifələrində görmək mümkündür.
Həmçinin layihə çərçivəsində televiziya kanallarından birində gündəlik təlim xarakterli "Yaradıcılığı evdə öyrən" verilişinin təşkili nəzərdə tutulub və bu barədə əlavə məlumat veriləcək.

Veriliş sadə formatda – bir aparıcı və bir qonaq – olmaqla müxtəlif sənət növləri üzrə maarifləndirmə prosesinə həsr olunacaq. Veriliş çərçivəsində qısa rubrikanın təşkili və Azərbaycanın görkəmli mədəniyyət xadimləri barədə maraqlı faktlar təqdim edilməsi də nəzərdə tululub.

Bu layihə həm də uşaq və yeniyetmələrin xüsusi marağına səbəb olacaq.Eyni zamanda evdə vaxtlarının səmərəli keçməsi üçün valideynlər də övladları ilə birgə yeni bacarıqlar əldə edə və bu bacarıqlarını daha da təkmilləşdirə biləcəklər.

Layihə çərçivəsində bu təlimlərdən əldə etdikləri bacarıqları videoya çəkərək "#yaradıcılığıevdəöyrən" həştəqi ilə paylaşan və nazirliyin Facebook səhifəsini qeyd (tag) edənlərin ən çox bəyənilən ilk üç videonun sahiblərinə hədiyyələr təqdim ediləcək.

Layihə ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:

https://m.facebook.com/story.php?story_fbid=869905683450495&id=377192492721819 https://m.facebook.com/story.php?story_fbid=871270236647373&id=377192492721819 https://www.facebook.com/377192492721819/posts/870633010044429/ https://www.facebook.com/377192492721819/posts/871277113313352/ https://www.facebook.com/mct.gov.az/videos/539474553377590/
https://www.facebook.com/377192492721819/posts/872051669902563/ https://m.facebook.com/story.php?story_fbid=872739093167154&id=377192492721819