Əslən Bakıdan olan tanınmış yazıçı, dramaturq və ssenarist, şair Leonid Zorin martın 31-də Moskvada 96 yaşında dünyasını dəyişib.

Leonid Henrixoviç Zorin (Zalsman) 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1948-ci ilədək Bakıda yaşayıb. Sonra Moskvaya köçüb.

O, 50-dən çox pyesin və şeirlər kitabının müəllifidir. Yazıçının ssenarisi əsasında çəkilmiş “Pokrov darvazaları” filmi tamaşaçıların ən çox rəğbətini qazanan ekran əsərlərindəndir.