Görkəmli teatr və kino aktrisası, Xalq artisti, Dövlət mükafatı laureatı Şəfiqə Haşım qızı Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin 29 mart 2020-ci il tarixli sərəncamı ilə Şəfiqə Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Martın 30-da Şəfiqə Məmmədovanın 75 yaşı tamam olub.

***

Prezident İlham Əliyevin martın 27-də imzaladığı sərəncamla Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Adil Abdulxalıq oğlu Qəribov Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Akademik Adil Qəribov martın 28-də 70 yaşını qeyd edib.