Təhsil Nazirliyi Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə qal, evdə yarat” təşəbbüsünə dəstək verərək yaradıcı bacarığı və xüsusi istedadı olan müəllim, şagird və tələbələri bu aksiyaya qoşulmağa dəvət edir. Nazirlikdən bildirilib ki, 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə bu təşəbbüsə qoşulub.

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsini posta işarələməklə paylaşırlar, eyni zamanda yaradıcılığı ilə pozitivə fokuslanaraq virusa qarşı mübarizəyə mənəvi dəstək vermiş olurlar.

Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq. Ətraflı məlumat https://creative.az/az/post/109 saytında verilib.