Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan və türk folklorunun araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun və Qazaxıstandan Bekejan Ahan, Türkiyədən Durmuş Ali Arslanın  həmmüəllifi olduqları “Edigey Batır dastanı” kitabı çapdan çıxıb.

Folklor İnstitutundan bildirilib ki, kitab Türkiyənin “Paradigma Akademi” nəşriyyatı tərəfindən qazax, Türkiyə türkcəsi və ingilis dillərində nəşr olunub.