Azərbaycan Dillər Universitetinin (ADU) Serb dili və mədəniyyət mərkəzi, Elm şöbəsi və Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi tərəfindən “Azərbaycanın mədəni kimliyi” adlı məqalələr toplusu çap olunub.

ADU-dan bildirilib ki, layihə akademik Kamal Abdullanın rəhbərliyi ilə Azərbaycan və Serbiya alimlərinin birgə səyi nəticəsində həyata keçirilib. Nəşrdə Azərbaycanın mədəni kimliyini, multikulturalizm mühiti, tarixi, mədəniyyəti, dil siyasəti və milli dəyərlərini əks etdirən rus, ingilis və serb dillərində 50 məqalə yer alıb. Topluda serb professoru Aleksandra Vraneşin Azərbaycan haqqında məqaləsi maraq doğurur.