Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən “Atakule” abidəsində Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar qardaş ölkəyə minnətdarlığını bildirib.

Paylaşımda deyilir: “Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm. Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm də çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır. Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram. Qoy, Uca Tanrı dünyamızı qorusun!”

Xatırladaq ki, koronavirus  pandemiyası ilə mübarizədə ölkələrimizin həmrəyliyinin nümunəsi olaraq aprelin 11-də Türkiyə bayrağı Bakıdakı Heydər Əliyev Mərkəzinin binasının üzərində əks olunmuş, bundan sonra Ankaranın tarixi simvolu olan “Atakule”də Azərbaycan bayrağı proyeksiya olunmuşdu.